• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

İlham Əliyev "Ağ Şəhər-1" elektrik yarımstansiyasının açılışında

Paylaşma tarixi: 09 fevral 2015


Bu gün  Prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində yeni inşa olunmuş 110/35/6 kV-luq "Ağ şəhər-1" elektrik yarımstansiyasının açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, açılış zamanı "Bakıelektrikşəbəkə" ASC-nin idarə heyətinin sədri Baba Rzayev “Ağ şəhər-1” yarımstansiyası, həmçinin yeni inşa edilən digər 110 kV-luq “Həzi Aslanov”, “Kürdəxanı”, elecə də 35 kV-luq 7 elektrik yarımstansiyası barədə prezident İlham Əliyevə məlumat verib. 

 

Dövlət başçısı dispetçer idarəetmə mərkəzindən "Ağ şəhər-1" yarımstansiyanı işə salıb. Prezident İ.Əliyev yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə tanış olub.