• Azerbaijan
  • English
  • Russian

Xəbərlər

Azərişıq ASC-nin Mətbuat xidmətinin məlumatı

Paylaşma tarixi: 18 mart 2015


Azərişıq” ASC-nin əməkdaşları adi günlərdə  olduğu  kimi, bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

 

Bununla əlaqədar SC-in Sədri  tərəfindən xüsusi  tapşırıq  imzalanıb. Belə  ki, Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirləri keçiriləcəyi yerlərin  fasiləsiz elektrik enerjisi  ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi  təmin ediləcəkdir. Elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə    Azərişıq” ASC-nin Mərkəzi aparatı və Rayon enerji  təchizatı və satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcəkdir. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla,bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcəkdir


“Ölkə boyu hər bir abonentin bayram günlərində süfrələrinin işıqlı olması üçün qurum əlindən gələni edəcəkdir. Abonentlər istər şəhərlərdən, istərsə  də  rayonlar, qəsəbə  və  kəndlərdən  yarana biləcək hər hansı problem  ilə  əlaqədar 199  saylı  telefonla  ”Qəza  Xidməti”nə  məlumat  vermələri  xahiş olunur.

 

Azərişıq” ASC rəhbərliyi və kollektivi bütün Abonentlərini qarşıdan gələn milli Bayramımız münasibətilə təbrik edir, firavan həyat və işıqlı gələcək arzulayır

 

Həyatınız  daim  işıqlı  olsun!