• Azerbaijan
  • English
  • Russian

Televiziya

Xaçmazda təhlükəli elektrik xəttləri yenilənəcək - VİDEO

Paylaşma tarixi: 15 aprel 2016


     257 abonenti olan Xaçmaz rayonunun Çiləgir kəndinin elektrik sistemi sovet dönəmində çəkilib. Vaxtaşırı xəttlərdə yenilənmə və təmir işləri aparılsa da, hazırkı durum qənaətbəxş deyil. Yeni salınan məhəllərdə isə, dayaq əvəzində quru ağaclardan istifadə olunub ki, bu da təhlükəlidir. Kəndə elektrik enerjisini ötürən əsas xətt isə, meşə ərazisindən keçir. Vaxtaşırı orada budama işləri aparılsa da, küləkli günlərdə xəttlər qırılır. Bu kimi halları aradan qaldırmaq üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Elektrik Şəbəkəsi tərəfindən təmir-bərpa işləri görülür. Yaxın müddətdə Çiləgir kəndi ilə yanaşı, digər çətinlik yaşanan ərazilərdə təmir və yenidənqurma işlərinin görüləcək. Hazırda isə Xaçmaz rayonunun Mürşüd-oba, Nərəcan, Sabir-oba kəndlərində kompleks transformator məntəqələri yaradılaraq 0,4 kv.luq sip kabel xəttləri çəkilir.

 

     Ötən 3 ay ərzində Xaçmaz rayonun Xanlıq-oba, Çuxur-oba, Qımılqışlaq və Qoçaqlı kəndlərinin də elektrik sistemində təmir-yenilənmə işləri aparılıb.