• Azerbaijan
  • English
  • Russian

Televiziya

Sayğaca elə bir müdaxilə etdi ki... - işıqdan pulsuz yararlanırdı, üstü açıldı - VİDEO

Paylaşma tarixi: 12 noyabr 2017


Quba rayonunda sayğacın göstəricisinə müdaxilə edilib, elektrik xəttini ağacın içindən keçiriblər.

 

Xezerxeber.az-ın məlumatına görə, Quba rayonunda elektrik enerjisindən istifadə qaydalarını pozaraq qeyri qanuni, sayğacdan kənar qoşulmalara yol verən istehlakçılara qarşı yoxlamalar aparılıb. Rayonun İspik kəndində qayda pozanlar aşkarlanıb. Saygacdan kənar elektrik xətti çəkərək enerjidən istifadə ediblər.

 

Yoxlamalar zamanı 9 qayda pozuntusu aşkar olunub. Bunlardan 8-i kənar xətt, 1-i isə elektrik sayğacının hesablama mexanizmini xüsusi magnit vasitəsilə süni şəkildə dayandırılması faktı olub.

 

Tülər, Tüləkəran və Bağbanlı kəndlərində də belə hallar müşahidə olunub.

 

Belə yoxlamaların rayon ərazisində davam etdiriləcəyi bildirilir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: