• Azerbaijan
  • English
  • Russian

Televiziya

"Azərişıq" ASC Salyan və Neftçala rayonlarına media-tur təşkil edib

Paylaşma tarixi: 26 dekabr 2017


Media-turun təşkil edilməsində məqsəd “Azərişıq” ASC-nin regionlardakı fəaliyyəti ilə yaxından tanış olmaqdır.

 

Media nümayəndələri ilk öndə Salyanda rayonunda  “Qaraqaşlı” yarımstansiyasında olub. Məlumat verilib ki, bu ilin sentyabrın 24-də prezident İlham Əliyev tərəfindən açılışı olan 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiya rayonun elektrik enerjisi təchizatında xüsusi önəm daşıyır. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq “Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib.

 

 

Jurnalistlər daha sonra 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, “Neftçala” yarımstansiyasında 40 MVA gücündə iki transformator quraşdırılıb, açıq və qapalı paylayıcı qurğular inşa edilib, bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli avtomat rele mühafizə sistemi yaradılıb. Yarımstansiyada növbətçi işçi heyət üçün müvafiq olaraq mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib, lazımi şərait yaradılıb.

 

 

 

 

 

 

 

 

 

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, “Azərişıq” ASC yarandığı ilk gündən etibarən üzərinə çox ciddi və məsuliyyətli missiya götürüb. Bu missiya istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək, yəni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirləri yerinə yetirmək, ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaqdır. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün region ərazisində bir çox yenidənqurma işləri aparılmış və hazırda da bu iş yüksək səviyyədə davam etdirirlir.

 

 

T.Mustafayev bundan sonra da KİV nümayəndələrinin iştirakı ilə regionlara səfərlərin təşkil edilməsini bildirib.