• Azerbaijan
  • English
  • Russian

News

"Azərişıq" ASC Şimal-Qərb RETSİ-də yenidənqurma işlərini sürətləndirib

Publication date: 02 july 2015


     "Azərişıq" ASC yaradıldıqdan sonra bütün ölkə ərazisində elektrik enerjisinin təchizatı istiqamətində sürətli yenidənqurma işləri həyata keçirilməyə başlanmışdır. Yeddi regional idarənin hər birində təxirəsalınmaz tədbirlər planı hazırlanaraq görüləcək işlərin konkret sahələri müəyyənləşdirilib.

     Bu yöndə Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan elektrik şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı məqsədi ilə əsaslı və cari təmiri işlərinə start verilib. “Azərişıq" ASC-nin Mətbuat Xidmətindən aldığımız məlumata görə, Şimal-Qərb RETSİ-nin balansında olan 110/35/10/6 kV-luq y/st-nın 1 ədədi əsaslı, 9 ədədi cari. 35/10/6 kV-luq y/st-nın 2 ədədi əsaslı, 23 ədədi carı təmir edilərək artıq istifadəyə verilib. 110 kV-luq h/x-nin 0.4 km hissəsi əsaslı,1.4 km hissəsi cari, 35 kV-luq h/x-nin 6,3 km hissəsi də tam təmirdən çıxıb.

     Şəki EŞ-in xidməti ərazisində yerləşən 35 kV-luq Oğuz, Aşağı Göynük. Köbər Zəyzid budaqlanma. SAS budaqlanma h/x-nin 4,1 km, İsmayıllı EŞ-in xidməti ərazisində yerləşən 35 kV-luq Basqal h/x-nın 2,3 km. Şamaxı EŞ-in xidməti ərazisində yerləşən 35 kV-luq Carhan və Meysəri h/x-nin 1,6 km məsafələri yenidən qurulub. Bu məqsədlə 61 ədəd fiziki köhnəlmiş dayaqlar yeni dayaqlarla və naqillər 6460 metr məsafədə AS-50, 1600 metr məsafədə AS-95 markalı naqillə əvəz edilib.

     10/6/0.4 kV-luq şəbəkə üzrə Şimal-Qərb RETSİ-nin balansında olan 10 kV-luq EVX-nin 12.92 km hissəsi yenidən qurulub, 79,2 km məsafəsində əsaslı və can təmir işləri aparılıb 0.4 kV-luq EVX-nin 70.96 km məsafəsində də təmir işləri başa çatdırılıb. Təmir işlən zamanı 190 ədəd 10 kV-luq. 156 ədəd 0.4 kV-luq yeni dəmir-beton dayaqlar basdırılmış, istismar müddətini bitirmiş 669 ədəd 10 kV-luq, 1146 ədəd 0,4 kV-luq dayaqlar yeni dəmir və dəmir-beton dayaqlarla əvəz edilmiş, EVX-də fiziki köhnəlmiş naqillər 6920 metr məsafədə AS-50, 4560 metr məsafədə AS-40, 12670 metr məsafədə AS-35, 395 metr məsafədə AS-25 markalı naqillərlə, 6907 metr məsafədə isə SİP kabellə əvəz edilib. 792 ədəd 10 kV-luq, 225 ədəd 0.4 kV-luq dayaqlar rənglənərək gözoxşayan vəziyyətə gətirilmişdir. 10 kV-luq və 0.4 kV-luq EVX-nin 98.1 km məsafəsində xəttin mühafizə zolağı ağac kütlədən təmizlənərək yararlı hala gətirilmiş, 692 ədəd əyilmiş dayaqlar düzəldilmiş və 1707 ədəd dayaq arasında naqillər tarımlaşdırılmışdır. 10-6/0.4 kV-luq TM-nin 48 ədədi əsaslı. 353 ədədi cari təmir edilmişdir.

     Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan elektrik şəbəkələrinin xidməti ərazilərində istehlakçıların dayanıqlı və keyfiyyətli eklektik enerjisi təchizatı üçün ilkin növbədə yenidən qurulması və daha güclüsü ilə əvəz edilməsi tələb olunan 99 ədəd 10-6/0.4 kV-luq KTM-nin yerləri müəyyənləşdirilmiş, yeni quraşdırılacaq KTM-lər üçün 64 ədəd bünövrə tikilmiş, 34 ədəd yeni KTM quraşdırılmış və bunlardan 19 ədədi şəbəkəyə qoşulmuşdur. Yeni KTM-lərin 10-0.4 kV-luq şəbəkələrinin qurulması üçün 899 metr uzunluğunda 10 kV-luq XLPE markalı kabel və 1516 metr uzunluğunda 0.4 kV-luq SİP kabel EVX-lərı çəkilmişdir.

     Şimal-Qərb RETSİ-nin xidməti ərazisində bu günə kimi elektrik təchizatı üçün 10-0.4 kV-luq şəbəkəsi olmayan Zaqatala rayonunun dağlıq ərazisində yerləşən Qalal kəndində əhalinin elektrik enerjisi ilə təchizatı üçün 10 və 0.4 kV-luq şəbəkənin qurulması məqsədi ilə 0.1 km məsafədə 10 kV-luq h/x çəkilmiş, 1 ədəd 100 kVA gücündə yeni KTM quraşdırılmış, 1,0 km uzunluğunda 0.4 kV-luq EVX çəkilmiş və abonentlər sayğaclarla təmin edilmişdir.

     Hazırda regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə izahı və praktiki işlər aparılır.

 

M.MİRZƏ

“Respublika”.