• Azerbaijan
  • English
  • Russian

News

“Azərişıq” ASC əhaliyə daha şəffaf və keyfiyyətli xidmət üçün “Asan Xidmət”də fəaliyyətini genişləndirir

Publication date: 27 november 2015


                  “Azərişıq” ASC yaradıldığı ilk gündən başlayaraq regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər, onların idarə edilməsi, normativlərə əmal olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Bu istiqamətdə əhaliyə xidmət səviyyəsinin günbəgün artırılması qarşıya məqsəd kimi qoyulub.

 

              Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq sosial sferada ən qabaqcıl layihələrin həyata keçirilməsi, vətəndaşların rahatlıq və rifahı üçün ən modern üsullardan istifadə edilir.

 

 

 

                   "Azərişıq" ASC abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və onlara yüksək səviyyəli xidmət göstərmək üçün irimiqyaslı işlər həyata keçirilir. Bu xidmətlərdən biri də olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyətin artıq  ilyarımdan çox yaşı var. İlk olaraq 4 saylı Bakı ASAN Xidmət mərkəzində, sonradan isə 1, 2,3,5  saylı Bakı “ASAN Xidmət” mərkəzlərində birgə fəaliyyət başlanıb. Müraciət edən abonentlərimizin keyfiyyətli və sürətli xidmətlərimizdən məmnunluğu, müraciətlərin çoxluğu nəzərə alınaraq göstərilən xidmətin əhatəsini daha da genişləndirmək məqsədi ilə 2015-ci ilin avqust ayından etibarən Sumqayıt, Sabirabad , Bərdə  “Asan Xidmət” mərkəzlərində də xidmətə start verilib.

 

 

 

     Bu günlərdə “Azərişıq” ASC-nin sədri  Baba  Rzayevin sərəncamı ilə abunəçilərə daha yaxın olmaq, vətandaşların müraciətlərinə ən qısa vaxt müddətində baxılması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatların “bir pəncərə” prinsipi əsasında daha da operativ aparılması üçün təkmilləşdirmə işlərinə də başlanılıb.

     Məhz görülmüş tədbirlərin nəticəsidir ki, “Azərişıq” ASC tərəfindən göstərilən xidmətlərin proseduru xeyli dərəcədə sadələşdirilib, icra müddətləri isə əhəmiyyətli dərəcədə azaldılıb. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 234 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları”nın 2.13-cü bəndində imtina edilməsi üçün əsaslar olmadıqda sorğunun və ya ərizənin qeydiyyata alındığı gündən 20 iş günü müddətində Texniki Şərtin verilməsi nəzərdə tutulduğu halda, hazırda “Azərişıq” ASC-də 20 kVt-a qədər güc tələb olunan hallarda müraciət 5 iş günü, 20 kVt-dan artıq güc tələb edildiyi hallarda isə (“Azərenerji” ASC-yə və Dövlət Enerji Nəzarət İdarəsinə aid sənədlər qaydasındadırsa) 15 iş günü müddətində yerinə yetirilir.

 

Hazırda “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara;

-Borcun olmamasına dair arayışın verilməsi,

-Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi,

-Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması,

-Borcun araşdırılması xidmətlərini göstərir.

-Qeyri əhali üzləşmə aktların verilməsi.

 

Yeni ildən etibarən isə “ Azərişıq ” ASC abonentlərinə istifadəsinə daha bir yeni xidmət göstərməyə başlayacaqdır:

-Smart kart tipli sayğaclarda kartın bərpası və yenisinin verilməsi.

 

                 “Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən yararlanmaq üçün göstərilmiş ünvanlara həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə  səhər saat 10:00-dan 17:00-dək müraciət etmək mümükündür. Yuxarıda sadalanan və bu kimi digər xidmətlər “Azərişıq” ASC-nin elektron saytı üzərindən online qaydada da həyata keçirilir.

 

                  “Azərişıq” ASC yaxın gələcəkdə Asan Xidmət mərkəzlərində verilən xidmətlərin sayını çoxaltmaqla yanaşı Gəncə “Asan Xidmət” mərkəzlərində də fəaliyyətə başlayacaqdır. 

 

 

                  “Azərişıq” ASC elektrik enerjisi haqlarını ödənilməsində də köhnə sterotiplərin aradan qaldırılmasına çalışır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərə tövsiyyə olunur ki, dövrün ən son texnoloji nəaliyyətlərindən istifadə edərək elektrik enerjisinə görə ödəmələri “Azərişıq”ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa internet üzərindən azerishiq.az saytı vasitəsilə “onlayn” rejimdə də ödəmə aparıla bilər.

 

                “Azərişıq” ASC tərəfindən yeni texnologiyaların istehsalata tətbiqi hər gün inkişaf etdirilir  və ən son yeniliklərdən istifadə olunur.

 

Dəyərli abonentlərimiz !

“Azərişıq” ASC-nin “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi xidmətlərdən yararlanmaq üçün siz aşağıda göstərilmiş ünvanlara həftəiçi səhər saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə  səhər saat 10:00-dan 17:00-dək müraciət edə bilərsiniz.

1 saylı Bakı "ASAN xidmət" mərkəzi
Ünvan:  Bakı, Akademik Həsən Əliyev küçəsi, 36

2 saylı Bakı "ASAN xidmət" mərkəzi
Ünvan:  Bakı, Nobel prospekti 23, AMAY Ticarət mərkəzinin 2-ci mərtəbəsi

3 saylı Bakı "ASAN xidmət" mərkəzi
Ünvan: Bakı, A.M.Şərifzadə küç. 157

4 Saylı Bakı "ASAN xidmət" Mərkəzi
Ünvan:  Bakı, Bakıxanov qəsəbəsi,Sülh küc, 8A

5 Saylı Bakı "ASAN xidmət" Mərkəzi
Ünvan:  Bakı, Heydər Əliyev pr, 115

Sumqayıt "ASAN xidmət" mərkəzi
Ünvan:  Sumqayıt, 15-ci məhəllə 42d

Bərdə "ASAN xidmət" mərkəzi
Ünvan: Bərdə rayonu, Heydər Əliyev prospekti 100

Sabirabad "ASAN xidmət" mərkəzi
Ünvan: Sabirabad, Heydər Əliyev, 128

“Azərişıq” ASC-nin Mətbuat Xidməti