• Azerbaijan
  • English
  • Russian

News

“Şimal” RETSİ yenidənqurma işlərini davam etdirir

Publication date: 06 may 2016


         “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsi “Azərişıq”ASC tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, yarımstansiyaların, KTM-lərin,paylayıcı qurğuların, kabel və hava ötürücü xətlərinin, onların mühafizə-avtomatika vasitələrinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi dönüş yaradıb.

 

     Belə ki, Şəbəkənin balansında olan 110/35/10/6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların böyük əksəriyyətinin kommutasiya dövrələri sazlanaraq mühafizələri yüksək həddə çatdırılıb.

 

     Hal-hazırda Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazilərinə  daxil olan Sumqayıt, Xacmaz,Quba,Qusar,Şabran,Siyəzən, Xızı Elektrik şəbəkələrində geniş miqyaslı yenidənqurma işləri aparılır.Elektrik şəbəkələrində  8 ədəd 35/10-6 kV-luq  yarımstansiya inşa edilib. 58,15 km 2 və 1 dövrəli hava xətti çəkilib, 81 ədəd transformator təmir olunub, 165 ədəd  10/6-0,4 kV-luq KTM  quraşdırılıb, 17 926 ədəd dəmir-beton dayaq basdırılıb. 646, 435 km uzunluğunda müxtəlif tipli elektrik xətləri çəkilib.  Regionda 9055 ədəd yeni tipli sayğac da quraşdırılaraq istifadəyə verilib. 8641 ədəd dəmir-beton dayaq rənglənərək normal hala gətirilib. Görülən işlər istehlakçiların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatında böyük dönüş yaradıb.

 

 

 

     Bundan başqa yerlərdə tikilmiş yeni inzibati binalar da xüsusi əhəmiyyət daşıyır. Yeni ofislərdə abonentlərə xidmət ən yüksək həddə qurulub. “Şimal” RETSİ üzrə Siyəzən və Xızı rayonlarında yeni ofis binaları artıq tikilərək istifadəyə verilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan  binalar  energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter  texnikası və internetlə  təmin edilib. Burada elektrik şəbəkəsinin əməkdaşlarının asudə vaxtlarını rahat keçirmələri üçün hər çür iş şəraiti yaradılıb. İnzibati binaların ətrafında abadlıq işləri aparılıb və yaşıllıq zolaqı salınaraq dekorativ ağaclar əkilib.

 

 

 

       2016-cı ildə Şimal RETSİ üzrə görüləcək işlər sırasında Siyəzən şəhərində 35/10 kV-luq  2x10 MVA gücündə yeni  “Siyəzən ” YS-nın tikilməsi, 110 kV-luq  “Siyəzən”  YS-dan  3,5 km uzunluğunda 2 dövrəli 35 kV hava xəttinin çəkilməsi nəzərdə tutulub. Abşeron rayon, Saray qəsəbəsi YPX-nin yanında, 35x10 kV-luq   2x10 MVA gücündə  “Saray” YS-nın, Şabran rayonu, Əmirxanlı kəndində, 35/10 kV-luq 1x2,5 MVA gücündə  “Əmirxanlı” YS-nın, Quba rayonu Afurca kəndində, 35x10 kV-luq 1,8 MVA gücündə  “Afurca” YS-nın tikintisi planlaşdırılıb. 35 kV-luq Siyəzən-Altıağac EVX-də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub. Qarşıdakı aylarda “Şimal “ RETSİ üzrə 144 ədəd 10/6-0,4 kV-luq KTM-lər quraşdırılacaq, 29 ədəd  6-10 kV-luq  EVX-lərdə də yenidənqurma işləri aparılacaq.

 

       Hal-hazırda “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti əraziılərinə daxil olan bütün elektrik şəbəkələrində yeni güc mərkəzlərinin yaradılması, 0,4 kV-luq şəbəkələrin yenidən qurulması və yeni şəbəkələrin qurulması istiqamətində işlər davam etdirilir.

 

 

      Regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyətli elektrik enerjisi ilə təchiz olunmasını və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi məqsədi ilə  praktiki işlər aparılır.

 

      Məqsəd, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyyə və tapşırıqlarına uyğun olaraq ölkə ərazisində ən müasir standartlara cavab verən elektrik enerjisi təminatlılığını və nümunəvi xidməti yaratmaqdır.

 

 

      “Azərişıq” ASC-nin  Mətbuat Xidməti