• Azerbaijan
  • English
  • Russian

News

Azərişıq ASC-də kadr hazırlığına diqqət artırılır

Publication date: 10 march 2015


 “Azərişıq” ASC – də gedən yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik gənc kadrların hazırlanması işi davam etdirilir. Qurumdan bildirilib ki, kadr  hazırlığında görülən işlərin davamı olaraq, bu ilin ilk ayından başlayaraq, “Azərişıq” ASC-nin sədrinin tapşırığına əsasən  xüsusi layihə əsasında qadınlardan ibarət Enerji Satış Şöbələri üzrə nəzarətçi mühəndis hazırlığına başlanılıb. Bu məqsədlə SC-in  Tədris Mərkəzində  “Elektrik enerjisinin uçotu və istehlaka nəzarətin təşkili” mövzusunda  98 saatlıq kurs təşkil olunub. Tədris kursunun əlamətdar bayram 8 mart qadınlar günü ərəfəsində keçirildiyini bildirən Cəmiyyətin İnsan Resursları və Xidmət İdarəsinin rəisi Xalid Təhməzov tədris proqramına əsasın elektrotexnikanın əsasları, elektrik enerjisinin uçotunun qurulması, yoxlanması və istehlaka nəzarət, elektrik enerjisinin alışının və digər ixtisaslar üzrə dərs proqramı tədris edildiyini dedi. Kurs ərzində SMS sayğaclar, elektroenergetikanın hüquqi normativ bazası, peşə etikası,Əməyin Mühafizəsi və Təhlükəsizlik texnikası qaydaları mənimsənilib. Kursa 14 nəfər cəlb olunub. Kursun mühazirə saatlarında müdavimlər uçot sistemi haqqında nəzəri biliklərə yiyələnməklə yanaşı müxtəlif praktiki məşğələlərdə  iştirak ediblər.

Təcrübi yolla peşə vərdişlərinin aşılanması prosesində, müdavimlər şəbəkə rayonlarında yerləşən Transformator  Məntəqələrindəki(TM) uçot avadanlığı ilə bilavasitə tanış olublar. Müdavimlər test - təmir laboratoriyasında real şəraitdə sayğacların sınaq edilməsində iştirak ediblər. Eyni zamanda  təcrübə məşğələlərində Enerji Satışı və Təchizatı İdarəsində işçilər müdavimlərə əhali sektoru üzrə abonent sayğaclarının tapılması qaydasını  öyrədiblər. Görüşdə İnsan Resursları və Xidmət İdarəsinin rəisi Xalid Təhməzov  və Tədris Mərkəzinin direktoru Vüqar Əliyev qızları, kursu müvəffəqiyyətlə bitirmələri və 8 mart Beynəlxalq Qadınlar Bayramı mühasibəti ilə təbrik etdilər. Tədbirin sonunda müdavimlərə “Azərişıq” ASC-nin Tədris Mərkəzinin sertifikatı təqdim olunub. Bu il  bu layihə üzrə  daha bir kurs təşkil olunub. Hazırda kurs davam edir. Gələcəkdə bu layihənin regionlarda da davam etdirilməsi nəzərdə tutulur.