• Azerbaijan
  • English
  • Russian

Новости

“Yarımstansiya – Muzey” - 100. Nur tariximizin qorunduğu məkan

Дата публикации: 29 сентябрь 2014


Bakının enerji tarixi çox qədim və zəngindir. Düz bir əsr əvvəl, 1914-cü ildə, Binəqədidə ilk elektrik yarımstansiyası tikilib istifadəyə verilib. Ağır əl əməyi ilə inşa edilən yarımtsansiya yaşamını binası günümüzədək davam etdirib və əsaslı yenidənqurma işlərindən sonra indi artıq «Yarımstansiya-muzey» kimi tanınır.  


 

Bakının enerji tarixi çox qədim və zəngindir. Düz bir əsr əvvəl, 1914-cü ildə, Binəqədidə ilk elektrik yarımstansiyası tikilib istifadəyə verilib. Ağır əl əməyi ilə inşa edilən yarımtsansiya yaşamını binası günümüzədək davam etdirib və əsaslı yenidənqurma işlərindən sonra indi artıq «Yarımstansiya-muzey» kimi tanınır.


Orijinallığı qorunmaqla bina müasir standartlar səviyyəsində  təmir edilib. Binanın həyəti yüksək zövqlə səliqəyə salınıb. Burada yaradılmış yaşıllıq zolaqlarında müxtəlif növ gül və bəzək kolları əkilib. 


Muzey binasının eksteryeri nə qədər gözəl və cəlbedicidirsə, interyeri də bir o qədər zövqlə tərtib olunub və ölkəmizin elektroenerji tarixi haqqında olduqca dolğun məlumat əldə etməkdə əvəzsizdir.


Muzeyin birinci mərtəbəsinə daxil olanda ilk olaraq ulu öndər Heydər Əliyevin Azərbaycanın energetika tarixindəki müstəsna xidmətlərini əks etdirən guşə ilə qarşılaşırsan. Ölkəmizdə ilk belə muzey olan «Yarımstansiya- muzey»də bir əsr əvvəlki Bakının elektrik tarixi haqqında olduqca geniş təsəvvür əldə etmək olur. Muzeyin tarixilik nöqteyi-nəzərindən bir-birindən dəyərli eksponatları bizə qədim Bakının, sənaye şəhərinin inkişaf perspektivləri ilə bağlı  geniş məlumatlar almağa imkan verir. 
Tarixi sənədlərlə tanışlıqdan bəlli olur ki, yarımstansiya binasının tikintisi o zamanlar Binəqədi kəndində neft çıxarılması ilə bağlı olub. Belə ki, neft sənayesi Bakının enerji təchizatına da böyük təsir göstərib.


 Həmin binanın bir tarixi abidə kimi qorunub, indiki nəsillərə çatdırılması xalqımızın malik olduğu mənəvi dəyərlərin göstəricisidir.
Azərbaycanın enerji tarixinə qısa bir ekskurs olduqca maraqlı mənzərə yaradır. 1897-ci ildə elektrik stansiyalarının gücünü 500 kilovata çatdırmaq qərara alınmışdı. 1899-cu ildə isə Bakıda «Elektriçeskaya Sila» Səhmdar Cəmiyyəti yaradılmışdı. Bakının neft mədənlərinin sahibləri o dövrlərdə keçirtdikləri qurultayda mərkəzləşdirilmiş elektrik stansiyalarının qurulması təklifi ilə çıxış etdilər. Beləliklə, «Simens » və «Qalske» firmaları 1901-ci ildə Bibiheybətdə, 1902-ci ildə isə «Ağ şəhər»də elektrik stansiyaları tikib istifadəyə verdilər.


1916-cı ildə Abşeronda fəaliyyət göstərən 3750 buruq quyusundan 1638-i elektrikləşdirilmişdi. Bu, o dövr üçün böyük inkişaf hesab olunurdu. Daha sonra Balaxanı, Ramana və Suraxanıda 60-a qədər tranformator və paylayıcı məntəqə qurulmuşdu.
Muzeydə XX əsrin əvvəllərində Bakıda tikilən stansiya və  yarımstansiya, küçə və evlərin işıqlandırılması, idarəetmə stansiyaları barədə də geniş məlumat əldə etmək mümkündür. Muzeydə o zamanlar Bibiheybətdə qurulan blok sxemi, yaradılan digər stansiya və yarımstansiyalar  necə var idisə, o cür dəmühafizə olunur və nümayiş etdirilir.


Azərbaycanda energetika sənayesinin inkişafı əsasən 70-80-cı illərə aiddir. Həmin dövrdə ölkədə enerji sisteminin 40 faizədək artması ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ulu öndər Azərbaycanda hakimiyyətdə olduğu bütün dövrlərdə respublikanın energetika sahəsinə, xüsusilə Bakının elektrik təchizatı məsələsinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.


Azərbaycanın müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Bu müstəqilliyin qazandırdığı uğurlar energetika sahəsində də köklü dəyişikliklərə səbəb olub. 


«Bakıelektrikşəbəkə» ASC-nin fəaliyyəti 2006-cı ildə bərpa olunduqdan sonra ulu öndərin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin elektroenergetika siyasətinə uyğun olaraq paytaxtın elektrik şəbəkəsində genişmiqyaslı islahatlar aparıldı. 
Bakı Elektrik Şəbəkəsinin 80 illik yubileyi ərəfəsində yaradılan «Yarımstansiya-muzey» ölkədə aparılan energetika siyasətinin təzahürüdür. Bakının elektrik şəbəkələrində aparılan modernləşmə ilə bərabər onun tarixinin də qayğı ilə qorunub saxlanılması və gələcək nəsillərə  çatdırılması ilə bağlı «Bakıelektrikşəbəkə» ASC-nin gördüyü işlər təqdirəlayiqdir. 90 saylı yarımstansiyada yaradılan muzey də bu məqsədlərə xidmət edir.