Azərbaycan Respublikası Nazirlər Kabineti Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında Qərar # 155

Bakı şəhəri, 19 aprel 1994-cü il

 

 

Azərbaycan Respublikasının elmi potensialını gücləndirmək, bu sahəyə gənc, ixtisaslı kadrları cəlb etmək, elmi işçilərin əmək haqqının ödənilməsində qayda yaratmaq, onların sosial müdafiəsini yaxşılaşdırmaq məqəsdi ilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinin rəhbər və elmi işçilərinin Vahid Tarif Cədvəlinə müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına aşağıdakı məbləğdə əlavələr müəyyən olunsun:

2. Müəyyən edilsin ki:

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərinin vəzifə maaşları və tarif dərəcələri haqqında" 1992-ci il 31 dekabr tarixli, 718 nömrəli qərarının 3-cü bəndinin 3-cü abzası öz qüvvəsini itirmiş hesab edilsin.

4. Nəzərə alınsın ki, alimlik dərəcəsi olan və büdcədən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına əlavələr Vahid Tarif Cədvəlinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 dekabr 1992-ci il tarixli 718 saylı qərarının 9-cu bəndində müəyyən edilmiş həcmdə təyin edilir.

Təsərrüfat hesablı prinsiplər əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda bu əlavələrin həcmi və ödənilmə qaydası kollektiv müqavilələrin şərtləri ilə müəyyən olunur.

Bu bənddə qeyd edilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınır.

5. Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinə, Azərbaycan Respublikası Elmlər Akademiyasına, Ali Attestasiya Komissiyasına, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və digər elmi və elmi-tədqiqat təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, elmi kadrların hazırlanması və onlardan istifadə edilməsinin yaxşılaşdırılması üzrə müvafiq tədbirlər görsünlər və elmi dərəcələrin verilməsinə tələbkarlığı artırsınlar.

6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu qərarda nəzərdə tutulmuş əlavələrin büdcə təşkilatlarında maliyyələşdirilməsini təmin etsin.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarda nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üzrə, lazım gəldikdə, müvafiq izahatlar versin.

8. Bu qərar 1994-cü ilin 1 aprel tarixindən qüvvəyə minsin.

Baş nazir

S.HÜSEYNOV

26 may 1996-cı il tarixli, 60 nömrəli qərara əsasən dəyişikliklərlə ("VneshExpertService").

VneshExpertService